Fransanın yeni hökumətinin tərkibi bu gün açıqlanacaq

   Fransanın yeni hökumətinin tərkibi bu gün açıqlanacaq
  20 May 2022    Oxunub:1116
Fransanın yeni hökumətinin tərkibi cümə günü ( 20 may- Red) açıqlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Yelisey sarayına istinadən malumat yayıb. Hesabatda deyilir ki, yeni nazirlər mayın 20-də günortadan sonra elan olunacaq, Nazirlər Kabinetinin ilk iclası isə bazar ertəsi (23 may – Red) keçiriləcək.

Fransa hökumətinə qadın rəhbərlik edəcək
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron əmək, məşğulluq və inteqrasiya naziri Elizabet Born Fransanın yeni Baş naziri təyin edib.Fransanın 61 yaşlı yeni Baş naziri Elizabet Born 32 ildən sonra ilk qadın Baş nazirdir.

E.Born körpü tikintisi üzrə mühəndis olub. 2013-2014-cü illərdə Ekologiya Nazirliyində kabinet direktoru, 2017-ci ildə Eduard Filip hökumətinə nəqliyyat naziri, 2019-cu ildə ekoloji keçid və həmrəylik naziri olub. 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:   Fransa  





Xəbər lenti