Suriyada partlayış: 4 ölü, 9 yaralı

Suriyada partlayış: 4 ölü, 9 yaralı
  19 Aprel 2014    Oxunub:1001
Suriyada növbəti terror aktı törədilib.
AzVision.az-ın “SANA” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb.

Terror aktı Salamiya şəhərində törədilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, insident terrorçunun avtomobildə quraşdırdığı partlayıcı qurğunu işə salması nəticəsində baş verib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti