Rusiya Ukrayna sərhədində qoşunların olmasını təsdiqlədi
Prezident Admistrasiyasının mətbuat katibi fevral ayında Ukrayna dövlət başçısı Viktor Yanukoviç hakimiyyətinin devrildiyini xatırladıb. Peskov qeyd edib ki, nəticədə köhnə Sovet ölkəsində zor gücünə çevriliş baş verib.
Vaşinqtonda ən üst səviyyədəki səlahiyyətlilərin sanksiya təhdidlərinin ikitərəfli dialoq üçün bir yardım olmadığını deyən Peskov, Rusiya ilə ev tapşırıqlarına nəzarət edilən günahkar bir şagird kimi rəftar edilməsinin qəbul edilməz olduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ və Avropa Birliyi Rusiyadan dəfələrlə sərhəddəki əsgərlərini geri çəkməsini istəyib. Qərb tərəfindən dəstəklənən Kiev rəhbərliyi isə Rusiya tərəfindən təhdid edildiklərini iddia edərək əsgər və silah tələb edib. / Ans-Press