İtən təyyarənin axtarışı "kritik həddə" yaxınlaşır

İtən təyyarənin axtarışı "kritik həddə" yaxınlaşır
  19 Aprel 2014    Oxunub:1628
Avstraliya sahillərində martın 8-də radarlardan itən Boinq-777 tipli sərnişin təyyarəsinin axtarışı davam edir.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Malayziya aviaşirkətinə məxsus təyyarənin axtarış zonası əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və yaxın günlərdə «kritik həddə» çatacaq. Bunu Malayziyanın nəqliyyat naziri Hisamuddin Hüseyn bildirib. Nazirin sözlərinə görə, «Blufin-21» sualtı aparatı gələn həftə ərzində axtarış zonasındakı işini yekunlaşdıracaq. İndiyədək 6 dəfə suya girən sualtı qayıq heç bir qalığa rast gəlməyib.

Xatırladaq ki, «Blufin-21» sualtı qayığı Hind okeanında təyyarənin qara qutusuna aid olduğu ehtimal edilən siqnallar alındıqdan sonra axtarışa cəlb edilmişdi.

Xatırladaq ki, Malayziyadan Çinə uçarkən itən təyyarədə 239 nəfər olub və onların taleyi hələ də məlum deyil.


Teqlər:





Xəbər lenti