Qazaxıstanda qatarın relsdən çıxdı - 6 nəfər yaralandı

Qazaxıstanda qatarın relsdən çıxdı - 6 nəfər yaralandı
  20 Aprel 2014    Oxunub:1013
Almatıdan Atırau istiqamətində hərəkət edən sərnişin qatarı Qızılkoqin rayonu ərazisində relsdən çıxıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə baş verən zaman qatarda 495 sərnişin və şəxsi heyət üzvü olub. Makat rayon mərkəzindəki xəstəxanaya azı 6 xəsarət almış şəxs çatdırılıb.

Qalan sərnişinlər mikroavtobuslarla yaxınlıqdakı dəmiryolu stansiyasına daşınır.

Qeyd edək ki, hadisə zamanı 19 vaqondan 7-si aşıb, daha 5 vaqon isə relsdən çıxıb.

Sərnişinlərin təxliyəsinə 5 yanğınsöndürən briqada, 5 həkim briqadası, bir neçə polis maşını cəlb olunub. Hadisə yerinə həmçinin bir neçə helikopter cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti