Eşşəyi ilə tanınan daşnakın evində axtarış aparılıb - VİDEO

   Eşşəyi ilə tanınan daşnakın evində axtarış aparılıb -  VİDEO
  24 May 2022    Oxunub:812
Ermənistanın Daşnaksütyun partiyasının fəalları onlara qarşı artan aqressiyadan gileyləniblər. Yerli media bu gün polisin daşnakların evində axtarışlar aparması barədə məlumat yayıb.
Paşinyanı aparmaq üçün parlamentə ulaq gətirdilər - VİDEO
Axtarış xəbərlərindən bir qədər sonra isə Daşnaksütyunun İcan bölməsi Facebook səhifəsində siyasi təzyiqlə üzləşmələrini sübut edən video yayıb.

“Daşnaksütyuna qarşı hücumlar davam edir. Bu gün səhər saatlarında dostumuz Sevada Qukasyanın evində daha bir siyasi şou baş tutub. Sevadanın həyat yoldaşı, atası, anası və azyaşlı oğlu evdə olarkən orada axtarışlar aparılıb. Sevada özü də bununla bağlı paylaşım edib. Etdiyiniz hər bir qanunsuz, qeyri-insani hərəkətə görə məsuliyyət daşıyacaqsınız... Sizə həmişə indiki vəzifələrdə qalacağınızı deyib aldadıblar. Gec-tez qisas anı gələcək", - məlumatda deyilir.

Xatırladaq ki, “Daşnaksütyun”dan olan Sevada Qukasyan ötən il Parlament binası qarşısında eşşəklə aksiya keçirəndən sonra məşhurlaşmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Eşşək   Daşnak  





Xəbər lenti