ABŞ Putini 40 milyard dolları ilə hədələdi

ABŞ Putini 40 milyard dolları ilə hədələdi
  20 Aprel 2014    Oxunub:1521
ABŞ Rusiya prezidenti Vladimir Putinin İsveçrə banklarında saxlanılan 40 milyard dollarlıq hesabını dondura bilər.
AzVision.az İnterpress.az-a istinadən xəbər verir ki, Bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ Putinin şəxsi pul hesablarını dondurmaqla ona qarşı sanksiya təbiq edə bilər. Nəşrdə qeyd olunub ki, bu sanksiya metodunu Rusiya prezidentinə qarşı tətbiq etmək çox çətin olacaq. Bildirilib ki, Putin bu qədər pulu Rusiya energetika şirkətlərindən toplayıb.

Xatırladaq, Rusiya tərəfi Ukrayna sərhədlərinə əlavə qoşun göndərdiyi faktını təsdiqləyib. Rusiya tərəfindən bildiriblər ki, Ukraynada yerləşən rus hərbi birləşmələrini gücləndirmək üçün belə bir addım atıblar.


Teqlər:  





Xəbər lenti