Ali dini lider amnistiya elan etdi
Qərara əsasən, 6 ayadək müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslərə, öhdəsində azyaşlı uşaq olan qadınlara, həyat yoldaşı həbsdə olan qadınlara , borca görə məhkum olunmuşlara amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.
Həmçinin 6 aydan 5 il və daha çox azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının yarısının bağışlanması nəzərdə tutulub.
Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə, qaçaqçılara, silahlı basqınlara, quldurluq, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat qaçaqçısı, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış şəxslərə tətbiq olunmayacaq.
Qeyd edək ki, bu gün (aprelin 20-si) İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günüdür.
Teqlər: