Suriyada prezident seçkiləri başlayır

Suriyada prezident seçkiləri başlayır
  21 Aprel 2014    Oxunub:1275
Bu gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb
Suriyada seçkiqabağı kampaniya start götürüb. Ölkə tarixində ilk dəfə olaraq, bir neçə insan prezident seçkilərində iştirak etmək üçün öz namizədliklərini irəli sürə bilər. Artıq prezidentliyə namizədlərin qeydiyyata alınması prosesi başlayıb.

Ölkədə seçkilər 17 iyuldan gec olmayaraq keçirilməlidir. Məhz bu tarixdə Bəşər Əsədin ikinci prezidentlik müddəti bitir. Suriya hakimiyyətinin yaydığı bəyanatda bildirilir ki, seçkilər bu ilin iyun və ya iyul ayının əvvəlində keçiriləcək. Seçkilərin dəqiq tarixi namizədlərin qeydiyyatı prosesi başa çatdıqdan sonra Suriya parlamenti tərəfindən elan ediləcək.

Suriya hökuməti seçkilərin ləğvini və ya vaxtının dəyişdirilməsinin mümkünlüyünü istisna edib.

“Biz daxili və xarici siyasət sahəsində təhlükəsizliyin bəhanə gətirilərək prezident seçkilərinin vaxtının dəyişdirilməsi və ya onun ləğv edilməsinə imkan verməyəcəyik” – deyə, Suriyanın informasiya naziri Umraz Əz-Zoubi bildirib.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti