Slavyanska hücum hazırlanır

Slavyanska hücum hazırlanır
  21 Aprel 2014    Oxunub:1217
Ukrayna xüsusi təyinatlıları Slavyansk rayonuna hücuma hazırlaşır
Slavyansk şəhərində Ukrayna xüsusi təyinatlarının şəhərə hücum edəcəyi barədə xəbərə yayılıb. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, insanlar şəhər ətrafında ordu bölmələrinin hərəkət etdiyinin şahidi olublar. Özünümüdafiə dəstələri həyəcan siqnalı ilə xəbərdar edilib.

Bu arada Slavyanskda komendant saatı elan edilib, şəhər küçələri boşaldılıb. Özünümüdafiə dəstəsinin qərargahı şəhər əhalisini zərurət və ya xüsusi icazə olmadan gecə saat 12-dən səhər saat 6-dək küçələrə çıxmamağı məsləhət görüb.

Hökumətin gözlənilən hücumu ilə əlaqədar olaraq özünümüdafiə dəstələri döyüşə hazır vəziyyətə gətirilib. Şəhərin girişində blokpostlar möhkəmləndirilib.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti