İspaniyanın xarici işlər naziri Bakıya gəlir
Səfər çərçivəsində Marqallonun prezident İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşəcək.
XİN rəsmisi eyni zamanda İspaniya-Azərbaycan biznes-forumunda iştirak edəcək və aprelin 24-də Bakını tərk edəcək.
Qeyd edək ki, İspaniya Nazirlər Kabinetinin rəsmi məlumatında bildirilir ki, nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması nəzərdə tutulur. Bundan başqa, İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi də Azərbaycan hökumətinə təqdim ediləcək.
Teqlər: