Rusiya vətəndaşı olmaq asanlaşdı

Rusiya vətəndaşı olmaq asanlaşdı
  21 Aprel 2014    Oxunub:3204
Putin rus dilli daşıyıcılarının vətəndaşlığq alma işini asanlaşdırıb.
Rusiya prezidenti Vladimir Putn RF vətəndaşlığı alma qaydalarını asanlaşdıran qanun imzalayıb. Bu haqda RF prezidentinin saytında məlumat verilib.

Sadələşdirilmiş sxemdən rus dili daşıyıcısı olanlar, qohumları əvvəllər Rusiya və keçmiş SSRİ ərazisində yaşanlar istifadə edə biləcəklər. Rusiya vətəndaşı olmaq istəyən həmin şəxslərin daimi yaşayış yeri Rusiya olmalı və əvvəl yaşadığı ölkənin vətəndaşlığından imtina etməlidirlər.


Bu arada Vladimir Putin miqrantların ümumi rus dili biliklərinə dair icbari imtahan vermələri haqqında qanun da imzalayıb.

Yalnız sovet təhsili aldığına dair attestatı olan (attestat 1991-ci il sentyabr ayına qədər verilməlidir) yüksək ixtisaslı mütəxəssislər və xaricilər istisna təşkil edir.

Qalan mühacirlər yaşayış, patent, müvəqqəti yaşayış üçün icazə alınan zaman imtahandan keçərək rus dili, Rusiya tarixi və qanunvericilik əsasları biliklərini təsdiqləməlidirlər.

Xarici vətəndaşların biliklərini təsdiqləyən sənəd, təhsil haqqında dövlət sertifikatı olacaq. Sertifikatı Rusiya ərazisində və ya onun hüdudlarından kənarda yerləşən rus dili, tarix və qanunvericilik əsaslarına dair biliklərin yoxlanması üzrə imtahan keçirən təhsil müəssisələri təqdim edəcək.

Verilən sənədlər haqqında məlumat “Təhsil və ya kvalifikasiya haqqında sənədlər, tədris haqqında sənədlər federal reyestri”nə daxil ediləcək. Sertifikat beş il müddətinə etibarlıdır. Müddət bitdikdən sonra yenidən sertifikat almaq lazımdır.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti