Suriyada prezident seçkilərinin vaxtı dəqiqləşib

Suriyada prezident seçkilərinin vaxtı dəqiqləşib
  21 Aprel 2014    Oxunub:1394
Bu gündən prezidentliyə namizədlərin qeydiyyatı prosesi başlayıb.
Suriyada prezident seçkiləri iyun ayının 3-də keçiriləcək. AzVision.az-ın məlumatına görə, bu barədə “France-Presse” agentliyi Suriya parlamentinin spikerinə istinadən xəbər yayıb.

Qeyd edək ki, mart ayında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq, bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib. Qanuna əsasən seçkilərdə iştirak etmək istəyən namizədlər 250 yerdən ibarət olan parlamentin ən azı 35 üzvünün dəstəyini qazanmalıdır. Bundan əlavə, prezidentliyə namizədin ən azı 40 yaşı olmalıdır və o, həyatının son 10 ilini Suriyada yaşamalıdır. Namizədin digər ölkə vətəndaşı olması da qadağandır.

Suriya hökuməti seçkilərin ləğvini və ya vaxtının dəyişdirilməsinin mümkünlüyünü istisna edib.

“Biz daxili və xarici siyasət sahəsində təhlükəsizliyin bəhanə gətirilərək prezident seçkilərinin vaxtının dəyişdirilməsi və ya onun ləğv edilməsinə imkan verməyəcəyik” – deyə, Suriyanın informasiya naziri Umraz Əz-Zoubi bildirib.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti