Erməni miqrantlar Rusiya vətəndaşı olmaq istəyəcək
Onun sözlərinə görə, Ermənistan vətəndaşı olsalar da, faktiki olaraq Rusiyada yaşayan çox sayda əmək miqrantı var və onlar bu ölkədə yaşamalarını qanuniləşdirəcəklər. Xaratyanın fikrincə, rus dilini bilmə səviyyəsinə tələblər elə də sərt olmaya bilər.
Erməni etnoqraf bildirir ki, qanunun son məqsədi kənarda yaşayan rusların Rusiyaya cəlb edilməsi olsa da, Moskva öz ölkəsinə müəyyən səviyyədə savada malik keçmiş sovet vətəndaşlarının gəlməsinə də mane olmayacaq. /ANS
Teqlər: