Kipr yenidən birləşə bilər

Kipr yenidən birləşə bilər
  22 Aprel 2014    Oxunub:1469
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu Kirpdə başlanan müzakirələrin sonunda referenduma gedə biləcklərini söyləyib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Nyu-Yorkda BMT-nin baş katibi Ban Ki-munla görüşdən sonra prezident Dərviş Əroğlu söyləyib.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Əroğlu birləşmədiklərinə görə yunan tərəfini günahlandırmadıqlarını bildirib. Onun söylədiyinə görə 46 ildir belə ittihamlardan daha çox türk tərəfi ziyan çəkir.

Şimali Kipr lideri 50 ilə yaxın davam edən müzakirələri bu ilin sonunda bitirib hər iki tərəfin istəyilə referenduma gedəcəklərinə ümid etdiyi deyib.

Xatırladaq ki, 10 il öncə Kiprdə referendum keçirilib. Türklərin yaşadığı Şimali Kipr birləşməyə hə desə də, yunan tərəfi referendumda yox deyib.

Emin Piri




Teqlər:  





Xəbər lenti