Rusiya Krımda 21-ci əsrin taktikasından istifadə edib

Rusiya Krımda 21-ci əsrin taktikasından istifadə edib
  22 Aprel 2014    Oxunub:1136
Rusiya Silahlı qüvvələri 21-ci əsrin taktikasından məharətlə istifadə edirlər
AzVison.az-ın məlumatına görə, bu barədə ehtiyatda olan admiral, NATO-nun Avropada olan qüvvələrinin keçmiş rəhbəri Ceyms Stavrids bildirib. Admiralın sözlərinə görə, ruslar Qərbdən təşəbbüsü ələ almaq üçün kibermüharibə, aktiv informasiya kampaniyası və xüsusi təyinatın yaxşı hazırlanan hərbçilərindən aktiv şəkildə istifadə edirlər.

“Rusiya Federasiyasının Quru qoşunlarının qarşıya qoyulan hədəflərə olan yanaşma tərzi tamamilə dəyişib. Onlar öz kartlarını müvəffəqiyyətlə oynadılar”- deyə, Stavridis bildirib. Onun fikrincə, NATO Rusiya hərbçilərinin təcrübəsini diqqətlə öyrənməli və bu amili öz gələcək əməliyyatlarının planlaşdırılması zamanı nəzərə almalıdır.

Amerikalı ekspert qeyd edib ki, Müasir Rusiya ordusunun metodları 2000-ci ildə Çeçenistan kampaniyasında istifadə olunan artilleriya və aviazərbələr kimi üsullardan tamamilə fərqlənir. “Jamestown Foundation” təşkilatının elmi üzvü Rocer Makdermotun fikrincə, Krımda bu yeni metodların sınağı həyata keçirildi. Lakin ekspert eyni zamanda bəyan edib ki, çağırışçılardan ibarət olan Rusiya Silahlı Qüvvələrinin ümumi keyfiyyəti hələ də “yüksək texnologiyalı” ABŞ ordusu ilə müqayisə edilə bilməz.

Digər amerikalı analitikin fikrincə isə Rusiya hərbçilərinin “yeni taktikası” rus dilli əhalinin kompakt yaşadığı ərazilərdə daha effektiv tətbiq olunur. “Bu taktikadan keçmiş Sovet İttifaqının bütün ərazilərində istifadə oluna bilər” –deyə, NATO-nun sabiq müşaviri Kris Donneli bildirib.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti