Kılıçdaroğlu Rza Zərrabı ələ saldı
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın iclasında bu barədə danışan Kılıçdaroğlu kinayə ilə onun heykəlinin qoyulmasını tələb edib: “Rza Zərrab Türkiyənin büdcə kəsirinin 15%-ni ödəyən adam imiş. Ona heykəl ucaltmaq lazımdır”.
Qeyd edək ki, iran əsilli iş adamı Rza Zərrab 2013-cü il dekabrın 17-də İstanbul Baş prokurorluğunun keçirdiyi rüşvət və korrupsiya əməliyyatında saxlanılıb və bir neçə ay sonra azad edilib. İş adamı bir neçə gün əvvəl “Sabah” qəzetinə verdiyi müsahibəsində qeyd edibi ki, onun sahibkarlıq fəaliyyəti Türkiyəyə xeyir verib və ölkə büdcəsindəki kəsirin 15%-ni o, təkbaşına ödəyib.
Fatimə Kərimli