İrəvanın turizm narahatlığı: Fransa və İrandan gələnlərin sayı azalıb

      İrəvanın turizm narahatlığı:    Fransa və İrandan gələnlərin sayı azalıb
  11 İyun 2022    Oxunub:1271
Ermənistan mediası ölkədə turizmin geriləməsindən yazıb. Saytlar turizmə bel bağlayan dövlət qurumlarının bu il arzuolunmaz statistika ilə üzləşdiklərini qeyd edirlər.
Ermənistanda turist sayı 307 mindən 86 minə enib
“Joğovurd” nəşrində gedən məqalədə bildirilir ki, bu ilin yanvar-mart aylarında Ermənistana 249 361 turist gəlib. Yeganə müsbət məqam Rusiyadan Ermənistana üz tutan turistlərin sayının 17,9 min nəfər artmasıdır.

"Ötən ilin ilk üç ayında Ermənistana Rusiyadan 37,9 min, 2022-ci ilin analoji dövründə isə 55,8 min nəfər turist gəlib. Bundan əlavə, Almaniyadan gələn turistlərin sayı cəmi 1000 nəfər artıb. Qeyd edək ki, Fransadan Ermənistana gələn turistlərin sayı 1900, Amerika Birləşmiş Ştatlarından 2100, Türkiyədən isə 300 nəfər azalıb.

Rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə İran İslam Respublikasından ölkəmizə gələn turistlərin də sayı xeyli azalıb. Əgər ötən ilin yanvar-mart aylarında İrandan bura 18,7 min nəfər səfər edibsə, bu ilin eyni dövründə cəmi 9,5 min nəfər ölkəmizə ayaq basıb. Qeyd edək ki, Ukraynadan da Ermənistana gələn turistlərin sayında azalma olub", - məqalədə yazılıb.

Nəşr Statistika Komitəsinin məlumatlarına istinad edərək onu da yazıb ki, Ermənistanı tərk edənlərin sayı 3,2 dəfə artıb. Ötən ilin 3 ayında bu ölkədən 44 574, bu ilin eyni dövründə isə 143 3708 şəxs turist səfəri adıyla çıxıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Turist   İran  



Xəbər lenti