Erməni Türkiyədə Palata sədri seçildi

Erməni Türkiyədə Palata sədri seçildi
  23 Aprel 2014    Oxunub:1347
ABŞ-da türk iş adamlarının yaratdığı Türkiyə-Amerika Sənaye-Ticarət Palatasının sədri postuna erməni seçilib.
Türkiyə mətbuatının verrdiyi məlumata görə, Palatanın sədri milliyyətcə erməni olan Türkiyə vətəndaşı Aret Taşçyandır. Sənaye-Ticarət Palatasının İdarəetmə Şurasının 12 üzvü onun namizədliyinin lehinə, 7 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, Sənaye-Ticarət Palatası 2004-cü ildə Nyu-Yorkda ABŞ və Türkiyə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə yaradılıb.

Sədr seçilən Aret Taşçyan dəniz daşımaları və gəmilərin sığrtalanması üzrə ixtisaslaşan “OMNİ” firmasının ABŞ nümayəndəliyində çalışır. Türkiyə mətbuatının məlumatına görə, Taşçyan uzun illər Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğana məxsus yük gəmilərinin sığortalanması ilə məşğul olub.


Teqlər:  





Xəbər lenti