Bəşər Əsəd prezident seçkilərinə qatıla bilər

Bəşər Əsəd prezident seçkilərinə qatıla bilər
  23 Aprel 2014    Oxunub:1635
Üç ildən çoxdur vətəndaş müharibəsi davam edən Suriyada iyunun 3-də keçiriləcək növbəti prezident seçkilərinə Bəşər Əsədin qatılacağı gözlənilir
Məlumata görə, 150 000 adamın ölümünə və 9 milyon adamın qaçqın düşməsinə səbəb üsyana baxmayaraq, namizədlər arasında onun adının olacağını və Bəşər Əsədin üçüncü dəfə yeddi illik prezidentlik müddətinə iddia edəcəyi ehtimal edilir.

Hakim partiyanı təmsil edən deputatlardan biri üsyançıların idarə etdiyi ərazilərdə səsvermə keçirilməyəcəyini bildirsə də, bu barədə hələ ki, rəsmi bəyanat olmayıb.

ABŞ Bəşər Əsədin guman ediləcək bu addımını "demokratiya parodiyası" adlandırıb. BMT baş katibi Pan Gi Mun isə deyib ki, onun bu addımı üç ildir davam edən vətəndaş müharibəsinə son qoymaq səylərini çökdürə bilər.

Müxalifət lideri Ahmad Alqusair Bəşər Əsədi suriyalıların qanı ilə seçkilər keçirməkdə ittiham edib və seçkilərdə ancaq prezidentin tərəfdarlarının səs verəcəyini deyib.

Bu gündən namizədlik üçün qeydiyyat prosesinə start verilir. Hökümətin yeni seçki qanununa görə prezidentliyə bütün namizədlər son 10 il ərzində Suriyada yaşayanlar olmalıdırlar. Bununla da ölkəni tərk etməli olan əksər müxalifət liderləri seçkilərdə iştirak edə bilməyəcək. /ANS/


Teqlər:





Xəbər lenti