İranda daha 2 zabit müəmmalı şəkildə öldürüldü

   İranda daha    2 zabit    müəmmalı şəkildə öldürüldü
  13 İyun 2022    Oxunub:1162
İran Aerokosmik Qüvvələrinin zabiti Məhəmməd Əbdüs və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Əli Kamani öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
"İsrail ABŞ-ı SEPAH zabitinin qətli ilə bağlı xəbərdar edibmiş" - New York Times
Kamaninin vəzifə başında olarkən avtomobil qəzasında dünyasını dəyişdiyi qeyd edilir. Qəza Tehrandan 250 kilometr cənubda yerləşən Xomeyn şəhərində baş verib.

33 yaşlı Əbdus də xidməti vəzifəsini yerinə yetirərkən öldürülüb. Xatırladaq ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Sayad Xodai Tehranın mərkəzində güllələnib. Motosiklet sürən iki qatil polkovnikə beş dəfə atəş açıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   SEPAH   Zabit  





Xəbər lenti