Ukraynanın döyüş təyyarəsi vuruldu- VİDEO

Ukraynanın döyüş təyyarəsi vuruldu- VİDEO
  23 Aprel 2014    Oxunub:1145
Ukrayna Müdafiə Nazirliyi ölkənin bir hərbi təyyarəsinin silah atəşiylə vurulması barədə bildirsə də digər detallara heç bir şərh verməyib.

Slavyansk şəhəri üzərində uçan Ukrayna hərbi təyyarəsi vurulub.

AzVision.az xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyi acıqlama verib. Ukrayna Müdafiə Nazirliyi ölkənin bir hərbi təyyarəsinin silah atəşiylə vurulması barədə bildirsə də hadisə ilə əlaqədar digər detallara heç bir şərh verməyib.

"Müşahidə uçuşu həyata keçirən AN-30 hərbi təyyarəsi kiçik silahlardan atəşə tutulub, təyyarə hava limanında təcili qəza eniş edib. Ciddi ziyan aşkar olunmayıb" – deyə nazirlikdən bildirilib.

Ölkənin şərqindəki Donetsk əyalətində yerləçən Slavyansk şəhərinin ruspərəst qüvvələrin nəzarəti altında olduğu məlumdur.



Ans Press


Teqlər:  





Xəbər lenti