Bərzaninin PKK etirafı

Bərzaninin PKK etirafı
  23 Aprel 2014    Oxunub:1453
İraqın şimalındakı kürd bölgəsinin rəhbəri Məsud Bərzani PKK-nı müdafiə etdiyi haqqında etiraflar edib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Məsud Bərzani, partiyasının Ərbildə keçirilən toplantısında bəzi məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, 2006-cı ildə ABŞ, PKK-ya qarşı əməliyyat keçirmək istəyib. ABŞ-ın belə bir niyyəti olduğunu ona Corc Buş hakimiyyətinin yüksək çinli nümayəndəsi çatdırıb. Amma Bərzani buna mane olaraq əməliyyatın baş tutmasına imkan verməyib.

Bundan əlavə Bərzani, PKK-nın Kürd Milli Konqresində tərəfdarlarının sayının yarıbayarı artırılmasını tələb etdiyini lakin bununla razılaşmadığını bildirib.

Emin Piri



Teqlər:  





Xəbər lenti