Təhsil Nazirliyi nurçulara şans verdi

Təhsil Nazirliyi nurçulara şans verdi
  23 Aprel 2014    Oxunub:1084
Türkiyədə Fəthullah Gülənə məxsus məktəb və hazırlıq kurslarının bağlanması ilə bağlı proseslər davam edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təhsil Nazirliyi hazırlıq kurslarının (dershane) rəhbərlərinə məktub göndərib.

Məktubda bildirilir ki, kurs rəhbərliyinin istəyilə həmin qurumlar özəl məktəblərə çevrilə bilər. Nazirlikdən qeyd ediblər ki, bunun üçün həmin kurslar ən azı 3 il fəaliyyət göstərməlidir.

Eyni zamanda kurs rəhbərləri binaları məktəb formasına salsınlar. Bütün bunlara cavab verən hazırlıq kursları 2018-2019 tədris ilində şagird qəbul edə bilər.

Bundan əlavə nazirlikdən bildiriblər ki, camaata məxsus məktəblərdə və kurslarda işləyən müəllimlər istəklərinə görə, Təhsil Nazirliyinə müraciət edib işlə təmin edilə bilərlər. Həmin müəllimlərdən isə ən azı 6 il iş staji tələb edilir.



Teqlər:  





Xəbər lenti