"Moskva Kiyevə strateji baxımdan uduzub" - Radakin

   "Moskva Kiyevə strateji baxımdan uduzub" -    Radakin
  17 İyun 2022    Oxunub:1265
Rusiya Ukraynaya qarşı müharibədə artıq strateji baxımdan uduzub. AzVision.az xəbər verir ki, bunu Böyük Britaniya Ordusunun Qərargah rəisi Toni Radakin deyib.
"Putin Ukraynadakı qoşunların say üstünlüyünü saxlaya bilmədi"- “Foreign Policy”
O qeyd edib ki, Rusiya Federasiyası böyük itkilər verib və bu, Finlandiya ilə İsveçin qoşulmaq istədiyi NATO-nu gücləndirib.

- Bu, Rusiyanın dəhşətli səhvidir. Rusiya heç vaxt Ukraynanı öz nəzarəti altına almayacaq, - Radakin qeyd edib.

Onun sözlərinə görə Kreml rəhbəri Vladimir Putin yaxın həftələrdə taktiki uğur qazana bilər. Lakin bunun üçün o, artıq ordusunun gücünün təxminən 25%-dən istifadə etməli olacaq. Radakin fikirlərinə onu da əlavə edib ki, belə "yüksək qiymət"ə Rusiya Ukrayna ərazisinin kiçik bir hissəsi uğrunda döyüşə bildi və eyni zamanda 50.000 nəfər itki və ya yaralı verdi.

O, əminliyini ifadə edib ki, Britaniya uzunmüddətli perspektivdə çoxlu sayda silah tədarük etməklə Ukraynaya dəstək verəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti