Rusiya Türkiyədən tələb etdi - ABŞ geri çəkildi

Rusiya Türkiyədən tələb etdi - ABŞ geri çəkildi
  23 Aprel 2014    Oxunub:1218
ABŞ donanmasına məxsus "USS Taylor" adlı hərbi gəmi 43 gün sonra Qara dənizi tərk edib.
Bu gün səhər hərbi gəmi Çanaqqala boğazından keçib.

Türkiyənin Samsun limanında 21 gün qalmış "USS Taylor" adlı gəmi bir müddət öncə Rusiyanın kəskin etirazına səbəb olmuşdu.

Hətta Türkiyə ilə diplomatik gərginlik yaşayan Rusiya ABŞ gəmisinin Qara dənizi tərk etməsini tələb etmişdi.

ABŞ donanmasına məxsus gəmi Nara burnunu dönərək Mərmərə dənizinə yol alıb. Gəmi Qara dənizi tərk edənə kimi Türkiyə Sahil Təhlükəsizlik qayıqları gəmini müşayiət edib.


Teqlər:





Xəbər lenti