Ukraynada ruslara işləyən agent belə saxlanıldı - VİDEO

   Ukraynada ruslara işləyən agent belə saxlanıldı -    VİDEO
  17 İyun 2022    Oxunub:903
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya işləməkdə şübhəli bilinən agenti saxlayıb. AzVision.az xəbər verir ki, xain Rusiya ilə sərhədə yaxın Sumı vilayətində silahlı qüvvələrin mövqelərini araşdırırmış.
Dneprdə vəzifə gözləyirdi, agent kimi həbs edildi - VİDEO
Qeyd edilir ki, UTX-nin ifşa etdiyi şəxs Rusiyanın xüsusi xidmət orqanları üçün kəşfiyyatla yanaşı təxribat fəaliyyəti ilə də məşğul olub. O, rusların tələbi ilə müdafiə obyektlərinin yerləşdiyi ərazinin və Ukrayna hərbi texnikasının hərəkətinin foto və video çəkilişini həyata keçirib.

"Agent qapalı elektron rabitə kanalları vasitəsilə əldə etdiyi materialları kuratora ötürüb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət əməlinin sübutu olan kompüterlər və mobil qurğular da aşkar ediblər. Onun hərbi vəziyyətlə bağlı dövlətə xəyanətdə şübhəli bilinməsi məsələsi hazırda həll edilir", - məlumatda deyilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Agent  



Xəbər lenti