Ukraynada ruslara işləyən dəstə saxlanılıb - FOTOLAR |
Müəyyən edilib ki, agentin Rusiyadakı “əlaqələndiricisi” 300 mindən çox abunəçisi olan kremlyönlü bloqçulardan biri imiş. Hətta saxlanılan şəxs bloqçuya bölgənin işağlı halında yeni idarəçilikdə vəzifəyə təyinat üçün ona köməklik etməyi də deyib.
Digər vətən xaini isə Donetsk vilayətində saxlanılıb. O, Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və Kramatorsk vilayəti ərazisində mühüm infrastruktur obyektləri ilə bağlı məlumatları ruslara ötürüb.
Ukraynanın Təhlükəsizlik Xidməti Jitomir vilayətində də tərkibində Rusiya vətəndaşının da olduğu internet agentləri qrupunu zərərsizləşdirib. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən təbliğat nəşrləri yayıblar.
Tural Tağıyev
AzVision.az