Ukraynada ruslara işləyən dəstə saxlanılıb - FOTOLAR

   Ukraynada ruslara işləyən dəstə saxlanılıb -    FOTOLAR
  06 İyun 2022    Oxunub:981
Ukrayna Təhlükəsizlik Xidməti (UTX)Çerniqov vilayətində cinayətkar dəstəni ifşa edib. AzVision.az xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
Ukraynada terror hazırlayan eks-deputatın qardaşı saxlanıldı - VİDEO
Qeyd edilir ki, dəstə rusların növbəti hücumları zamanı onlara kömək etməyə hazırlaşırmış. Qrup Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyəti ilə məşğul olan kriminal dairələrin üç nümayəndəsindən ibarət olub.

Cinayətkar dəstədə Rusiya xüsusi təyinatlılarının silah və texnikası aşkar edilib.

Qeyd edilir ki, onlar silah və sursatları öz təsərrüfatlarının ərazisində və Çerniqov yaxınlığındakı qarajlarda saxlayıblar.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Cinayətkar-Dəstə  





Xəbər lenti