Kiyevə PUA satışı niyə dayandırılıb? - "Reuters" sirri açdı

   Kiyevə PUA satışı niyə dayandırılıb? -    "Reuters" sirri açdı
  18 İyun 2022    Oxunub:1802
ABŞ Ukraynaya dörd "MQ-1C Grey Eagle" zərbə pilotsuz təyyarənin satışını dayandırıb. Buna səbəb onun mürəkkəb müşahidə avadanlıqlarının Rusiyanın əlinə keçəcə biləcəyi qorxusu olub.
"Rusiyanın məşhur generalı desant itkilərinə görə qovulub" - ISW
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, satışla bağlı etirazlar yüksək dəyərli texnologiyaların düşməndən qorunması ilə məşğul olan Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsi tərəfindən dərin araşdırma zamanı qaldırılıb.

Xüsusilə, Vaşinqton bu pilotsuz təyyarələrdəki radar və müşahidə avadanlığının Moskvanın əlinə keçəcəyi təqdirdə ABŞ-ın təhlükəsizliyinə ciddi təhdidlər yarana biləcəyindən ehtiyat edir.

"Reuters" mənbələrinin məlumatına görə, məsələyə ilkin baxış zamanı bu mühüm bənd nəzərə alınmayıb. Lakin keçən həftənin sonunda Pentaqonda keçirilən görüşlərdə məlum məsələ yenidən gündəmə gətirilib.

Mənbələrin fikrincə, bu dronların Ukraynaya təhvil verilməsini asanlaşdıracaq bir həll yolu var ki, bu da mövcud güclü, sirli radarları və sensorları nisbətən bəsit bir cihazlarla əvəz etmək olar. Lakin bu, aylarla vaxt aparacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Dron   ABŞ   Rusiya  



Xəbər lenti