"Rusiyanın məşhur generalı desant itkilərinə görə qovulub" - ISW

   "Rusiyanın məşhur generalı desant itkilərinə görə qovulub" -    ISW
  18 İyun 2022    Oxunub:1780
Kreml Ukraynadakı uğursuz müharibədə “günahkar” axtarmağa davam edir. Belə ki, Rusiya Federasiyası Hava-Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov desantçılar arasında böyük itkilərin olmasına görə tutduğu vəzifədən qovulub.
Ukraynada daha bir rus generalı öldürüldü
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu (ISW) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumdur ki, Serdyukov 2014-cü ildə Krımın ələ keçirilməsi əməliyyatına rəhbərlik edib. Daha sonra 2019-cu ilin aprelindən sentyabr ayına kimi Rusiyanın Suriyadakı hərbi qrupuna rəhbərlik edib. 2022-ci ilin yanvarında isə onun rəhbərliyi altında KTMT kontingenti Qazaxıstana etirazları yatırmaq üçün gətirildi.

“Serdyukov Ukraynadakı Rusiya hava-desant bölmələri arasında, xüsusən də Kiyev yaxınlığındakı genişmiqyaslı işğal ilk həftələrindəki əməliyyatlar zamanı aşağı effektivliyə və ağır itkilərə görə günahlandırılırdı”, - ISW-nin hesabatında qeyd edilir.

Məlumatda o da vurğulanır ki, məhz onun rəhbərliyi altında Kiyev yaxınlığındakı Rusiya Hərbi Hava Desant Qüvvələrinin bütün zirehli transportyorlarının 60%-dən çoxu məhv edilib və geri çəkildikdən sonra o, döyüş hazırlığını bərpa etmədən Xarkov istiqamətinə desantçılar göndərib.

ISW-nin məlumatına görə, Serdyukovu Mərkəzi Hərbi Dairənin qərargah rəisi, Donetsk vilayətindən olan general-polkovnik Mixail Teplinski əvəzləyib.

Qeyd edək ki, Andrey Serdyukov 2016-cı il oktyabrın 4-dən Rusiya Federasiyasının Hava-Desant Qüvvələrinin komandanıdır. 2017-ci ilin mayında isə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Desant   Rusiya   İtki   Ukrayna  





Xəbər lenti