Ukraynada daha bir rus generalı öldürüldü

   Ukraynada daha bir rus generalı öldürüldü
  05 İyun 2022    Oxunub:1747
Bu gün Ukraynada gedən döyüşlər zamanı Rusiya ordusunun daha bir generalı öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "InformNapalm" kanalı məlumat yayıb.

Qeyd olunub ki, general-mayor Roman Kutuzov Luqansk vilayətindəki Artemovsk-Lısiçansk şossesi yaxınlığında zərərsizləşdirilib.

Generalın hansı şəraitdə öldüyü bilinmir. Rusiya tərəfi bununla bağlı hər hansı açıqlama verməyib.

Kutuzovun 29-cu ümumqoşun ordusunun qərargah rəisi olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti