|
| Ukraynada rus tankları vurulub - VİDEO |
"Hava Desant Hücum Qoşunları Komandanlığının mətbuat mərkəzi rəsmi Facebook səhifəsində düşmənin üç texnikasının məhv edilməsindən yazıb. Təqdim olunan videoda 155 mm-lik Britaniyanın səhra haubitsalarından istifadə edərək rusların texnika və canlı qüvvəsini məhv etməsi əks olunub", - saytlar yazıb.
Qeyd edilir ki, hərbi texnikalar maskalanaraq yaşıllıq ərazidə gizlədilibmiş.
"Bir texnika isə döyüşlərin getdiyi yaşayış massivinin yaxınlığında olub. Sıx bitki örtüyü 81-ci briqadanın artilleriyaçılarına onları dəqiq nişan almağa mane olmayıb. Mərmilər dəqiqliklə texnikalara dəyib və onları metal qırıntılarına çevirib", - məqalədə qeyd edilib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


