“Prezidentin də şantaj kaseti var” - Ərdoğan

“Prezidentin də şantaj kaseti var” - Ərdoğan
  23 Aprel 2014    Oxunub:1489
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 1 May Zəhmətkeşlər bayramının Taksimdə keçirilməsinə icazə verməyəcəklərini bildirib.
O, nümayiş keçirmək istəyənlərin Taksimdən bir dəfəlik əllərini üzmələrini söyləyib.

Eyni zamanda Gezi hadisələrindən və 17 dekabrdan sonra başlayan olaylardan danışan baş nazir xalqın öz sözünü 30 mart dediyini xatırladıb.

Ərdoğan ana müxalifət partiyası CHP-ni qaranlıq gücləri qorumağa çalışmaqda və onlara vəkillik etməkdə ittiham edib. O, eyni zamanda Fətullah Güləni işarə edərək CHP-nin Pensilvaniya ilə birgə iş gördüyünü söyləyib.

MHP-ni də unutmayan baş nazir MHP lideri Dövlət Baxçalınının siyasəti bilmədiyini deyib.

Suriyadakı son hadisələrdən danışaraq Türkiyəyə gələn qaçqınların bir milyona çatdığını xatırladıb. Qaçqınları qəbul etdiyə görə, qınanmasına isə belə cavab verib:

“Suriyadan gələnlərə qapını bağlayaq, ölünmü deyək?”

Şantaj kasetlərindən də danışan Ərdoğan həmin insanları sərt cəzalandıracağını bildirib. O, sözlərinə belə davam edib:

“Siz millət vəkilisiniz. Onlara lazım olan cəzanı verməlisiniz. Bunların əlində şantaj kasetləri var. Prezidentin də şantaj kaseti var. Mənim də, baş qərargah rəisinin də. Mənimlə bağlı olan kasetləri açıqlayın deyirəm. Açıqlamasanız namərdsiniz. Amma tapa bilmədilər. Yalnız nazirlər, övladlarım və həyat yoldaşımla bağlı olanları verə bildilər. Bu adamlarda şərəf yoxdur. Düşmən də bu şərəfsizliyi etməz.”


Emin Piri


Teqlər:





Xəbər lenti