“Google” və “Yandex”in bilmədiyiniz 15 funksiyası

“Google” və “Yandex”in bilmədiyiniz 15 funksiyası
  23 Aprel 2014    Oxunub:12017
Axtarış sistemləri internetdə işləməyin əsas elementlərindəndir. Onlar ilk baxışdan sadə təəssürat bağışlayırlar: Axtardığını yazırsan və nəticəni əldə edirsən. Lakin əslində axtarış sistemləri bundan artığına qadirdirlər. AzVision.az “Google” və “Yandex”in bilmədiyiniz funksiyalarını təqdim edir:

1. Kalkulyator

Əgər siz hesab əməllərini daha sürətlə yerinə yetirmək istəyirsinizsə, sadəcə axtarış panelinətoplayıb-çıxmaq istədiyiniz rəqəmləri daxil edin. “Google” istənilən halda sizə cavabı təqdim edəcək, lakin cavab yazılış formasından asılı olaraq dəyişəcək. Əgər axtarış sistemində rəqəmləri sözlərlə yazsanız (məsələn səkkiz yüz üstəgəl min) “Google”-da cavabı hərflərlə yazılmış formada təqdim edəcək.

Əgər toplama əməliyyatı "800+1000" formasında yazılsa, monitorda cavabın da əks olunduğu kalkulyator pəncərəsi açacaq. Ortaya çıxan kalkulyatorun virtual düymələrinə vurmaqla istifadəçi digər hesablama əməliyyatlarını da apara bilər. Burada baza funksiyaları ilə yanaşı sinus, kosinus, kökaltı və s. kimi çətin əməliyyatlar da həyata keçirilə bilər.



Analoji funksiya “Yandex”də də var. Rusiya axtarış sisteminin kalkulyatoru daha sadədir, lakin o həm rəqəm, həm də mətn formasında yazılan sorğuları cavablandırır.

2. Ölçü konverteri

Hər iki axtarış sistemində olan digər funksiya isə ölçü konverterdir. Əgər siz “Yandex”də “10 dyum neçə sm” sorğusu qeyd etsəniz, onda cavabın əks olunduğu interaktiv tablo meydana çıxır. Burada istifadəçi dərhal ölçü vahidlərini dəyişərək başqa hesablamalar da apara bilər:



“Yandex”-dən fərqli olaraq “Google”-un sorğuya cavabı sadə olsa da, lakin interaktiv deyil. Ölçü vahidlərini dəyişmək üçün istifadəçi axtarış panelində yeni sorğusunu bir daha yazmalı olacaq.

3. Kino seanslarının cədvəli
Əgər “Google”a məsələn “Kino Peterbuq” yazsanız onda axtarış sistemi sizə axtardığınız şəhərdə kinoteatr, seans, və janr haqqında interaktiv cədvəl təqdim edəcək.



4. İzahlı lüğət və tərcümə funksiyası

“Google”da bu cür axtarışların təmin edilməsi ilə bağlı rahat funksiya var. Lazım olan sözü qeyd edin və ondan sonra “define” sözünü yazın. Bundan sonra axtarış nəticələrinin üzərində sözün qısa mənası açıqlanacaq. Bununla istifadəçi “Wikipediya” və digər saytlara daxil olmaqdan qurtulur və nəticə etibarilə vaxtına qənaət edir.



“Yandex”də isə izahlı lüğət yoxdur. Lakin orada istənilən sözü yazıb, sonra onun sonuna "перевод" ifadəsini əlavə etsək onda mətn tərcümələri viceti açılır. Bundan sonra bu vidcetə istənilən sözü yazmaqla onu müxtəlif dillərə tərcümə etmək olar. Daxil etdiyiniz sözün tərcüməsi avtomatik verilir.

5. Rəng sehrbazı

“Yandex”in dizaynerlər üçün çox faydalı olan alətidir. Bu alət axtardığınız rəng haqqında istənilən məlumatı tez əldə etməyə imkan verir. Rənglərin adını rus (пурпурный), ingilis (yellow) və hətta hex kod [#99ff99] vasitəsilə yazmaq olar . “Yandex” axtarış nəticələrini interaktiv palitra formasında təqdim edəcək, elə buradaca rəng çalarlarının öyrənilməsini davam etdirmək olar. Alət həm “RGB” həm də “HSY”da işləyə bilir.

Rəng sehrbazı həm dizaynerlər, həm də sadə istifadəçilər üçün maraqlıdır. Məsələn, tutaq ki, internet kataloqlarının birində hansısa mebel əşyasını bəyənmisiniz, lakin rəngi xoşunuza gəlmir. Sizi başqa rəngdə olanları maraqlandırır. Rəng sehrbazının köməyi ilə seçdiyiniz əşyanın rəngini özünüz dəyişib necə göründüyünə baxa bilərsiniz.





6. Valyuta konverteri

“Google” və “Yandex”ə inteqrasiya edilən konverterlərdən biri də valyuta konverteridir. Əgər “Google”da "100 евро в рублях" və ya sadəcə “100 eur” yazsanız, o aktual kurs üzrə göstəricini nümayiş etdirəcək.



“Yandex”də isə bu funksiya interaktiv formada reallaşdırılıb. Bu tabloda məbləğ və valyutanı daha sürətli dəyişmək olur. Bu çox rahatdır:

7. Vaxt

“Google”da "Время" sözünü yazsanız, o avtomatik olaraq sizin olduğunuz saat qurşağındakı vaxtı təqdim edəcək. “Yandex”də də eyni funksiya var. Lakin bu zaman "сколько времени" sözünü yazmaq lazımdır. Əgər başqa şəhərlərdəki vaxtı bilmək istəyirsinizsə, həmin şəhərin adını və yanında "Время" və ya "сколько времени" yazmaqla Google” və ya “Yandex”ə yazmağınız kifayətdir.



Lakin əgər “Yandex”də “Monreal-Kiyev arasında vaxt fərqi” sorğusunu yazsanız, onda axtarış sistemi həm Monreal, həm Kiyev şəhərlərində olan vaxtı, həm də onlar arasında saat fərqini göstərəcək. “Google” da bu funksiya yoxdur.

8. Şersevər

“Yandex”in bu möhtəşəm funksiyası şerin müəllifini yada sala bilməyənlər üçündür. Əgər siz bu axtarış sisteminə şerin sətirlərini yazsanız, o zaman “Yandex” sizə onun müəllifi və portretini təqdim edəcək. Şerin bütün mətni xüsusi pəncərədə açılır. Şeri başqa sayta keçmədən oxumaq olar.



9. İP-ünvanı öyrənmək
Əgər siz “Yandex”ə "Мой айпи" sözünü yazsanız, axtarış sistemi dərhal bu barədə məlumatı sizə təqdim edəcək. Asan və rahat. “Google”-da belə funksiya yoxdur.



10. Barmen

“Yandex” öz axtarış panelinə qısa bir zamanda kokteyl hazırlama xidməti əlavə edib. Əgər siz kokteylin adını yazıb, sonra "рецепт" sözünü əlavə etsəniz, bu zaman kokteylin inqrediyentlərinin və onun hazırlanma qaydasının əks olunduğu pəncərə açılacaq.



11. Kimyaçı

Kimya ilə maraqlananlar üçün faydalıdır.




“Yandex”-ə istənilən kimyəvi elementin adını yazanda dövrü element cədvəlində olan informasiya meydana çıxır. Burada həmin elementin sıra nömrəsi, latın dilində olan adı, atom kütləsi, elementin elektron konfiqurasiyası və qısa məlumat istifadəçiyə təqdim edilir.

Alətlər

12. Dırnaq işarəsi
“Google” və “Yandex”də axtarış aparan zaman dırnaq işarəsi (“...”)qoymaqla siz axtarışı daha sadə edə bilərsiniz. Əgər siz mətni dırnaq içində yazsanız, onda axtarış sistemi konkret olaraq həmin söz birləşməsini axtaracaq. Bir çox hallarda bu lazım olan səhifəni tapmağa imkan verir.

13. Tilda
Az istifadə olunan, lakin çox faydalı alət. Əgər hər hansı sözü axtararkən onun qarşısına ~ (tilda) işarəsini qoysanız, onda axtarış sistemi bu sözün bütün sinonimlərini nəzərə alacaq.

14. Ampersand
& bu simvoldan istifadə etməklə cəld şəkildə eyni cümlədə işlənəcək sözləri tapmaq olar. Məsələn, "Лермонтов & Орел" yazmaqla müvafiq mətndə eyni adlı sözü tapa biləcəksiniz.

15. Konkret formatların axtarışı

“Yandex”də istənilən formatda sənədi tapmaq üçün sorğunun sonuna “mime” və iki nöqtə yazmaq lazımdır. Məsələn: “Mələklər və Şeytanlar mime:pdf" yazmaqla axtarış sistemi qarşınıza PDF – formatında sənədlər çıxaracaq. “Google”da isə “ext:” əmrini yazmaq lazımdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti