Ukraynada "Bayraktar"ın idarəetmə stansiyası vurulub

   Ukraynada "Bayraktar"ın idarəetmə stansiyası vurulub
  20 İyun 2022    Oxunub:1605
Rusiya hərbçiləri yüksək dəqiqlikli "Oniks" raketi ilə Odessa yaxınlığındakı Arçiz aerodromunu partladıblar. Vurulan məkanda "Bayraktar" Pilotsuz Uçuş Aparatının (PUA) idarəetmə stansiyası və iki maşın məhv edilib.
İlan adasında partlayışlar olub
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı hesabatda məlumat verilib.

Qeyd olunur ki, sutka ərzində Donetsk istiqamətindəki döyüş çərçivəsində “Qrad” reaktiv yaylım atəşi sisteminin 11 tağımı vurulub. Bundan başqa Ukrayna Silahlı Qüvvələrinin 12 artilleriya tağımı da sıradan çıxarılıb.

"Onlar iki ədəd 155 mm-lik M777 haubitsa artilleriya ekipajları ilə birlikdə məhv edilib. Rusiyanın hava hücumundan müdafiə sistemləri Dnepropetrovsk vilayətinin Apostolovo kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub. Həmçinin havada Ukraynaya məxsus 9 pilotsuz uçuş aparatı vurulub", - məlumatda deyilir.

Hesabata görə, Rusiya raket qüvvələri və artilleriyası Ukraynadakı döyüşlərdə 450-dən çox hərbçini öldürməsi, 13 tankı və digər zirehli texnikanı, 16 xüsusi texnikanı sıradan çıxarması da qeyd olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Bayraktar   Rusiya  



Xəbər lenti