"İranın mümkün hücumlarına qarşı güclü cavab hazırlamışıq" - Qantz

   "İranın mümkün hücumlarına qarşı güclü cavab hazırlamışıq" -    Qantz
  20 İyun 2022    Oxunub:1134
İsrail İranın yəhudi dövlətinin vətəndaşlarına qarşı mümkün hücumuna güclü cavab hazırlayıb və lazım gələrsə onu aktivləşdirməyə hazırdır. AzVision.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsində çıxışı zamanı deyib.
İsrail HƏMAS-ın silah sexi və hərbi postlarını vurdu
Nazir qeyd edib ki, İsrail qarşı tərəfə həm fiziki vasitələrlə, həm də kiberməkanda cavab verməyə hazırdır.

Xatırladaq ki, bundan öncə İsrailin baş naziri Naftali Bennet İranı xaricdə israillilərə qarşı terror aktları hazırlamaq cəhdində ittiham etmişdi. O, terrorçuları göndərənlərə qarşı hücumların olacağını da vəd etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran  



Xəbər lenti