`Ukraynada gərginliyi yaradan ABŞ-dır` - İDDİA

`Ukraynada gərginliyi yaradan ABŞ-dır` - İDDİA
  23 Aprel 2014    Oxunub:1051
Rəsmi Moskva hesab edir ki, Ukraynadakı “şou”nu ABŞ idarə edir. AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Serqy Lavrov “Russia Today”-yə müsahibəsində bildirib.
“ABŞ vitse-prezidenti Cozef Bayden Ukraynaya səfəri zamanı rəsmi Kiyev anti-terror əməliyyatlarının bərpa edilməsi barədə bəyanat verib. Əməliyyatların başlanılması haqqında qərar da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Co Brenanın Kiyevə səfərindən sonra verilmişdi”. – deyə, Rusiya XİN rəhbəri bildirib.

Lavrov bildirib ki, ABŞ Ukraynadakı şouya rəhbərlik edir. O həmçinin qeyd edib ki, Kiyev rəhbərliyi Cenevrə razılaşmalarına əməl etmir: “ Bəli, onlar amnistiya haqqında qanun layihəsi hazırlayıblar, lakin bu sənədin siyasi məhbuslara aidiyyatı yoxdur”.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti