|
| Paşinyanın həbsini tələb edən valideynlər yolu bağladı - VİDEO |
Görüş üç saatdan çox davam edib, və müzakirələr zamanı valideynlərdən biri gedən söhbətlərə sərt reaksiya verib. Görüşün digər iştirakçısı isə insident yaratmağa cəhd edib.
Komitənin açıqlamasında deyilir ki, bundan sonra Kərəmyan bu cür davranışın səbəblərini öyrənməyə çalışıb.
"Nəticədə problem yerindəcə aradan qaldırılıb ki, bu da müşahidə kameraları tərəfindən lentə alınıb. Görüşlə bağlı çəkilik aparılması isə qadağan edilib. Çünki 2020-ci il müharibəsinin gedişi ilə bağlı bəzi gizli məlumatlar var idi", - məlumatda deyilir.
İstintaq Komitəsi iddia edib ki, bu görüşlə bağlı bütün şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın təşəbbüsü və dəvəti ilə bu ilin mayın 20-də müharibədə həlak olan hərbçilərin 40-dan çox valideynlərinin və yaxınlarının iştirakı ilə görüş baş tutub. Burada həmçinin vəkillər, cinayət prosesini aparan müstəntiqlər də iştirak ediblər.
Qeyd edək ki, bir müddət əvvəl valideynlər Baş Prokurorluğa müraciət edərək komitə rəhbərinin törətdiyi cinayətlə bağlı məlumat veriblər. Narazı ermənilər məmurun təhqirlərə görə məsuliyyətə cəlb olunmasını və müharibə işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb ediblər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


