Ərdoğan ABŞ və AB-ni məmnun etdi

Ərdoğan ABŞ və AB-ni məmnun etdi
  24 Aprel 2014    Oxunub:1005
ABŞ və Avropa Birliyi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrinə münasibətindən məmnun olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ dövlət katibinin sözçüsü Jen Psaki mətbuat konfrasında bununla əlaqəli suallara aydınlıq gətirib:

“ Baş nazir Ərdoğanın ermənilərin 1915-ci ildə yaşadığı əzabları cəmiyyət önündə qəbul etməsindən məmnunuq. Bu, hadisələrin dürüst və ədalətli şəkildə qəbul ediləcəyinə müsbət işarədir...”

Avropa Birliyinin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle də Twitter yazısında Ərdoğanın bəyanatından məmnunluğunu dilə gətirib.

Emin Piri



Teqlər:  





Xəbər lenti