Slavyanskda hərbi əməliyyat başlayıb

Slavyanskda hərbi əməliyyat başlayıb
  24 Aprel 2014    Oxunub:990
İnsident Slavyansk şəhərində baş verib.
Ukrayna hərbçiləri Slavyansk şəhərində separatçıların blokpostunu ələ keçirib. Bu barədə AzVision.Az “RİA Novosti”yə istinadən xəbər verir.

Separatçılar avtomobil şinlərini yandıraraq geri çəkiliblər. Hadisə şahidləri bildiriblər ki, Ukrayna hərbçilər 8 BMD və BTR müşayiəti ilə blokposta hücum ediblər. Hücumda 12 pulemyotçu da iştirak edib. Hökumət qüvvələri şəhərə üç helikopter havadan nəzarət edir.

Hazırda Ukrayna hərbçiləri blokpostda şübhəli şəxsləri dindirir.


Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti