Putin: `İnternet ABŞ kəşfiyyatının layihəsidir`

Putin: `İnternet ABŞ kəşfiyyatının layihəsidir`
  25 Aprel 2014    Oxunub:1454
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiyanın nəhəng internet axtarış portalı olan “Yandex” Qərbin təsirilə formalaşıb. Bu fikri Putin Rusiya Xalq Cəbhəsinin Sankt-Peterburqda keçirilən mediaforumunda səsləndirib.

Onun sözlərinə görə, “Yandex” yeni başlayanda onun qurucularına təzyiq edilərək, müəyyən rəhbər vəzifələrə Qərbin adamları qoyulub.

- Milli axtarış sistemi olsa da, “Yandex” xaricdə qeydiyyatdan keçib. Və təkcə vergi məsələsinə görə yox,- deyə prezident vurğulayıb.

İnformasiya təhlükəsizliyi və internet mövzusunda fikilərini davam etdirən Putin daha sonra əlavə edib ki, ümumiyyətlə, internet CİA-nın xüsusi proyekti kimi yaranıb. Və amerikalılar bu sahədə inhisarçılığı əldə saxlamaq istəyirlər.

Qeyd edək ki, Yandex səhmdar cəmiyyəti Niderlandda qeydiyyatdan keçib.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti