Ermənilər qondarma soyqırımı aksiyasına gəlməyiblər

Ermənilər  qondarma soyqırımı aksiyasına gəlməyiblər
  25 Aprel 2014    Oxunub:938
Stokholmda qondarma erməni soyqırımı aksiyası baş tutmayıb.
Diasporla İş üzrə DÖvlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən erməni və assuriyalıların qondarma soyqırım aksiyası baş tutmayıb. Buna səbəb aksiyaya heç kimin qatılmaması olub.

İsveç Türk İşçi Dərnləkləri Federasiyası xəbər verir ki, İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalıb. İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməyib, əvəzində isə piknikə getməyə üstünlük veriblər.

İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın baş tutmamasından və həmvətənlərinin passivliyindən pərişan olublar. Belə ki, qondarma erməni soyqırımı aksiyasında bayraqların sayı insanlardan çox olub. İştirakçılara paylamaq üçün hazırlanmış broşürlər də təşkilatçıların əllərində qalıb.


Teqlər:  





Xəbər lenti