Kerri: `Putinin vaxtı azalır`

Kerri: `Putinin vaxtı azalır`
  25 Aprel 2014    Oxunub:1094
`Kursu dəyişmək üçün vaxt azalır, Putin seçim etməlidir`. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Dövlət Departamentinin xüsusi iclasında bildirib.
`Əgər Rusiya Cenevrə danışıqları zamanı söz verdiyi kimi, Ukraynada gərginliyin azaldılması üçün tədbirlər görsə, çox yaxşı olar. Hər kəsin razılığını qazanar. Əksinə, Putin bu addımı atmasa, onda bütün dünya Rusiyaya qarşı birləşəcək. Bu isə Moskvaya baha başa gələcək` – deyə, Kerri növbəti dəfə Rusiyanı hədələyib.

Kerri bəyan edib ki, Rusiya Ukraynadakı vəziyyətin sabitləşməsi üçün hələlik konkret olaraq heç bir addım atmayıb.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti