Slavsyansk yenidən rusmeyllilərin əlinə keçdi - VİDEO

Slavsyansk yenidən rusmeyllilərin əlinə keçdi - VİDEO
  25 Aprel 2014    Oxunub:1162
Ukraynanın şərqində yerləşən Slavyansk şəhəri uğrunda hökumət qüvvələri ilə yerli özünümüdafiə dəstələri arasında mübarizə davam edir.
Donetsk vilayətinin özünümüdafiə dəstələri ötən gecə Ukrayna hökumət qüvvələrinin ələ keçirdiyi blokpostlara geri qaytarıblar. Hazırda şəhərdəki bütün blokpostlara federallaşma tərəfdarları nəzarət edir.

Slavyansk özünümüdafiə qüvvələrinin qərargahından bildiriblər ki, üsyançılar arasında xəsarət alan yoxdur.

Lakin Slavyansk hər tərəfdən hökumət qüvvələrinin mühasirəsi altındadır. Şəhərin bank sistemləri də dondurulub.

“ Şəhər hər tərəfdən hökumət əsgərləri və zirehli texnika ilə əhatə olunub. Bizi burada boğmağa çalışırlar. Lakin hələlik kifayət qədər yeməyimiz və içməyə suyumuz var. Lakin banklar işləmir”.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti