Lavrov: `Qərblə savaşmaq istəmirik`

Lavrov: `Qərblə savaşmaq istəmirik`
  25 Aprel 2014    Oxunub:1087
Rusiya xarici siyasətdə Qərblə qarşıdurmanın əleyhinədir və beynəlxalq hüquqa əsaslanan birlik təklif edir.
AzVision.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib.

“Bu gün Ukrayna dərin böhran içərisindədir. Rusiya Cenevrədə əldə olunan razılıq çərçivəsində Ukraynada gərginliyin azaldılması üçün əlindən gələni edəcək” – deyə, nazir vurğulayıb.

Eyni zamanda Lavrov deyib ki, Rusiyanın strateji hədəfi Atlantik okeanından Sakit okeana qədər vahid iqtisadi və humanitar məkanın yaradılmasıdır. Nazirin fikrincə, belə bir məkanın yaradılması ilə ölkələrimizi biri-birindən ayıran “lazımsız xətlər"ə ehtiyac qalmayacaq.

“O zaman bizim aramızda lazımsız rəqabət, bəzi qərbli tərəfdaşlarımızın bizi təcrid etmək üçün Qərblə aramızda çəkmək istədikləri sədlər olmayacaq”.


Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti