Almaniya Rusiyaya qadağa qoydu

Almaniya Rusiyaya qadağa qoydu
  25 Aprel 2014    Oxunub:951
Qərb Rusiyaya daha bir zərbə vurub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Almaniya Ukrayna böhranına görə, Rusiyaya hərbi məhsulların ixracatına qadağa qoyub.

“Yaşıllar” partiyasının hökümətə etdiyi müraciətini cavablayan Almaniya İqtisadiyyat Nazirliyi Rusiyaya hərbi məhsulların satılmasını dayandırdığını bildirib.

Bundan əlavə, hökümət Rusiyaya silah deyil, digər hərbi məhsulları satdığını bildirib.

Bütün bunlar da “Yaşıllar” partiyasını razı salmayıb. Yaşılların nümayəndəsi Agnieszka Brugger bundan öncə Rusiyaya satılan hərbi məhsullara diqqət çəkib. O, üçüncü ölkələrə silah satışının Ukraynadakı kimi böhranlara səbəb oduğunu söyləyib.

Emin


Teqlər:  





Xəbər lenti