Rusiyanın hədəfi Ukraynanı ələ keçirməkdir-İDDİA

Rusiyanın hədəfi Ukraynanı ələ keçirməkdir-İDDİA
  25 Aprel 2014    Oxunub:1341
Ukraynanın baş naziri Arseniy Yatsenyuk bəyan edib ki, Rusiyanın hədəfi ölkədəki prezident seçkilərini pozmaqdır.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Yatsenyuk hökumətin iclasında çıxışı zamanı bildirib.

“Rusiyanın hədəfləri tamamilə aydındır: Ukraynada legitim prezidentin olmaması üçün prezident seçkilərini pozmaq, Avropa və Ukraynayönümlü qüvvələri hakimiyyətdən kənarlaşdırmaq və Ukraynanı həm hərbi, həm də siyasi olaraq işğal etmək” – deyə, Yatsenyuk vurğulayıb.

Ukraynalı nazir rəhbərlik etdiyi hökumətin Rusiyanın istəklərinə nail olmasına yol verməyəcəklərini bildirib: “Biz öz ölkəmizi siyasi, diplomatik və hərbi metodlar da daxil olmaqla bütün mümkün vasitələrlə qoruyacağıq”.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti