Rusiya-Ukrayna müharibəsi təhlükəsi artır – VİDEO
Artıq bir neçə gündür ki, Rusiya Ukrayna ilə sərhədə əlavə əsgər və zirehli texnika göndərməyə davam edir.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yurı Sergeyev Rusiyanın Ukrayna ilə sərhədə xeyli sayda hərbi texnika - 200-ə yaxın tank və artilleriya qurğusu cəmləşdirdiyini yazır.
Sergeyev həmçinin Ukrayna ilə sərhəddə Rusiyanın bir neçə qoşun hissələrinin yerləşdirildiyini bildirib: "Yüzlərlə tank, artilleriya və "Qrad" qurğuları Ukraynaya yaxınlaşır. Bunlar Çeçenistanda istifadə edilən çox təhlükəli silahlardır".
Qeyd edək ki, Rusiyanın sözügedən əraziyə əlavə qoşun göndərməsini sübut edən videolar yayılıb.
Səbinə Həsənova







Vaxtında, Aydın, Lazımlı!


