Rusiya silah satışında rekord vurub - 49 milyard dollar

Rusiya silah satışında rekord vurub -  49 milyard dollar
  25 Aprel 2014    Oxunub:907
Vladimir Putin Rusiyanın silah ixracatında ABŞ-dan sonra ikinci ölkə olduğunu açıqlayıb.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Putin vurğulayıb ki, ABŞ dünya silah bazarının 29%-ni, Rusiya isə 27%-ni idarə edir:

“Rusiya dünyanın silah ixrac edən lider ölkələrindəndir. Ötən il silah ixracımız 2012-ci illə müqayisədə 3 faiz artaraq 15,7 milyarda çatıb”.
Putin bildirib ki, Rusiyanın silah ixracatı 18 milyard dollarlıq əlavə sifarişlə birlikdə cəmi 49 milyard dollara çatıb. Bu da bütün dövlərin ən yüksək göstəricisidir.

Prezident vurğulayıb ki, raketdən müdafiə sisteminin inkişafı sahəsində addımlar atılmalıdır: “Dünyada 70-dən çox ölkə Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemindən istifadə edir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti